ABŞ-ın 33-cü prezidenti Harry Es Truman “Lincoln” markalı limuzini hərraca çıxarılıb.
Avtosfer.az xəbərinə görə, “Classic Cars” onlayın-auksionu Pensilvaniya ştatında keçirilir. Bu barədə “Autoclassics” portalı məlumat yayıb.
Portalın məlumata görə, avtomobil 1945-ci ildə “Ford” konsernin “Lincoln Continental” bazasında hazırlanıb. Limuzin, 152 at güclü 5,5 litrlik V8 mühərrikli və üç pilləli avtomatik sürət qutusu ilə təchiz olunub. Maşının maksimal sürəti 150 km/saat təşkil edir, qiyməti isə 160 min dollardır.
Xatırladaq ki, “Lincoln” 1990-cı ildə əsaslı bərpa edilib. Avtomobil bərpadan sonra 2000-ci illərdə Florida sərgisinin bir hissəsi olub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər