Əsas səhifəÖlkəMəhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı
PAYLAŞ

Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı

Ölkə 18 Sentyabr 2020 20:36 1323

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarda dəyişiklik edib.

 Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, Azərbaycanın mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb. Belə ki, ölkədə mövcud olan 5 kommersiya məhkəməsinə 8 xidməti minik avtomobili ayrılıb. 

Yeni qərarla əvvəllər balansında 10 xidməti minik avtomobili olan inzibati-iqtisadi məhkəmələrdə (hazırda inzibati məhkəmələr adlanır) bu say 8-ə endirilib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020