Yaponiyanın “Mitsubishi Motors” konserni cari maliyyə ilinin sonuna kimi (2021-ci ilin martında -red) dünyada geniş bazar üçün buraxılmış ilk elektrik avtomobil “i-MiEV”in istehsalını başa çatdırmaq niyyətindədir.
Avtoyol.az "Report"a istinadla xəbər verir ki, bu barədə
Bu qərarın əsas səbəbi modelin satış səviyyəsinin aşağı olması, həmçinin şirkətdəki ümumi böhran vəziyyəti və xərcləri azaltmaq istəyidir. Bundan əlavə, “Mitsubishi Motors” ortağı “Nissan”ın dəstəyi ilə yeni bir elektrikli nəqliyyat vasitəsini inkişaf etdirə bilər.
“i-MiEV” 2009-cu il istehsal edilib və dünyada alıcılar üçün əlçatan olan ilk elektrik avtomobil olub. Avtomobil 63 at gücə malik elektromühərriklə təchiz edilib, batareyanın bir gediş yükü təxminən 160 kilometrdir.
Avtomobil həmçinin “Peugeot” və “Citroen” markaları altında buraxılıb.
Dünyada bu növ avtomobilin təxminən 50 mini satılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər