Əsas səhifəNəqliyyatBakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
PAYLAŞ

Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA

Nəqliyyat 19 Sentyabr 2020 11:31 1599

"Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına əməl etmələri xahiş olunur. Əks təqdirdə bu, metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər".

Avtoyol.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir:

"İstər metropoliten əməkdaşları, istərsə də polislər sərnişinlərə platformalarda tibbi maskaları təyinatına uyğun şəkildə taxmalarını tövsiyə edir. Tibbi maskanın istifadə qaydası yuxarı tənəffüs yollarının qorumaqdır. Əgər sərnişin maskanı çənəsinin altında saxlayırsa və ya burnunun bağlamayacaq şəkildə taxırsa, onun heç bir mənası olmur. Bu, sadəcə aksessuar çevrilir.

Biz bütün sərnişinlərdən xahiş edirik ki, maskaları təkcə platformalarda deyil, qatarlara minəndə də təyinatına uyğun taxsınlar. Çünki maskadan istifadə etməmək virusun yayılmasına şərait yaradır. Bu isə maskadan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olur".


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020