Bu gün kütləvi informasiya vasitələrində Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin adından açıqlama yayılıb. İdda olunur ki, Kamran Əliyev deyib ki, qadınlar Qeydiyyat İmtahan Şöbəsinə şortiklə gələ bilər, amma kişilər üçün bu icazə yoxdur.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən şöbə rəisi bildirib ki, onun fikirləri təhrif olunub. "Təəssüflər olsun ki, bəzi müxbirlər “Qadınlar şortiklə imtahana gedə bilər, kişilər isə yox” başlıqlı yazı dərc edməklə məsələni konteksdən çıxarmağa çalışıblar. Hətta dərhal etiraz etməyimə baxmayaraq sensasiya yaradıb daha çox oxucu cəlb etmək məqsədilə hələ ki, heç bir düzəliş aparılmayıb. Məsələ ilə bağlı bir daha qeyd edirəm ki, mövcud qanunvericilikdə geyimlə bağlı hər hansı qadağa nəzərdə tutulmasa da kiminsə çimərlik paltarında vətəndaşlara xidmət göstərən hansısa təşkilata və ya dövlət orqanına getməsi etik cəhətdən cəmiyyətimizdə qəbul olunan hal deyil."
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər