Əsas səhifəQəzaBiləsuvarda ağır yol qəzası olub, ölənlər var
PAYLAŞ

Biləsuvarda ağır yol qəzası olub, ölənlər var

Qəza 20 Sentyabr 2020 10:33 1569

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avtoyol.az "Report"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər. Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu yol təmir edilib istifadəyə verildikdən sonra ölümlə nəticələnən ikinci yol qəzasıdır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020