“Piper PA-46” tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də ABŞ-ın Texas ştatında qeydə alınıb. Bu barədə “TASS” məlumat yayıb.
Agentliyin məlumatına görə, Ostin şəhərindən Luizianaya uçan təyyarənin mühərrikində nasazlıq yaranıb və bundan sonra pilot təcili enişə keçən zaman qəza baş verib.
Hadisə nəticəsində 2-si qadın olmaqla, ümumilikdə 4 nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər