Əsas səhifəQəzaPolisin “Saxla” əmrinə tabe olmayan sürücü qaçdı və dəhşətli qəza törətdi; 5 nəfər öldü
PAYLAŞ

Polisin “Saxla” əmrinə tabe olmayan sürücü qaçdı və dəhşətli qəza törətdi; 5 nəfər öldü

Qəza 21 Sentyabr 2020 17:58 3401

İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.

Avtoyol.az Avtosfer.az-a istinadla  xəbər verir ki, hadisə sentyabrın 21-də Rusiyanın İrkutsk əyalətində  “Sibir” avtomagistralının Usolısk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, avtomagistralda xidmət aparan yol patrul xidmətinin əməkdaşları, “Toyota Cresta” markalı minik avtomobilinə “Saxla” əmri verib, ancaq sürücü əmrə tabe olmayaraq yoluna davam edib. Bundan sonra isə təqib başlayıb, lakin bu qısa sürüb.

Polisdən qaçmağa çalışan sürücü, yüksək sürətlə idarə etdiyi avtomobillə, ötmə əməliyyatını yerinə yetirən zaman, yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn TIR-la toqquşub.

Zərbənin şiddətindən minik avtomobili iki hissəyə bölünüb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü və 4 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər, TIR-ın sürücüsü isə yüngül yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020