Əsas səhifəÖlkəBu şəxsi avtomobillər də Orduya cəlb olunur - QANUN NƏ DEYİR?
PAYLAŞ

Bu şəxsi avtomobillər də Orduya cəlb olunur - QANUN NƏ DEYİR?

Ölkə 22 Sentyabr 2020 13:40 2241

Dövlət Yol Polisi tərəfindən yollarda hərəkət edən yüksək keçidli minik avtomobilləri saxlanılır. Maşınlar vətəndaşlardan müsadirə edilərək cərimə meydançasına aparılır.

Bu barədə vətəndaşlar sosial şəbəkələrdə yazırlar. Kamran Məmmədov adlı vətəndaş “Facebook” səhifəsində yazıb ki, Qax yolunda DYP əməkdaşları maşınları səfərbərlik adı ilə müsadirə edirlər.

O bildirib ki, yol polisi əməkdaşları vətəndaşların şəxsi ov maşınlarını, “Gelandewagen”, “Niva” və digər yüksək keçidli minik avtomobillərini müsadirə edib. Kamran Məmmədov vurğulayıb ki, qayınatasının bağışladığı “Toyota” markalı, 99 DK 066 dövlət nömrə nişanlı yüksək keçidli minik avtomobili əlindən alınıb.

Bu haqda bəs qanun nə deyir?

Ekspert isə bildirirlər ki, səfərbərlik dövründə belə avtomobillərə tələbat yüksək olduğu üçün polis onları müsadirə edə bilər.

Ərşad Hüseynov “Facebook” səhifəsində yazıb ki, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətəndaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur.

“Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur”, - deyə ekspert bildirib.

Ərşad Hüseynovun sözlərinə görə, ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur”:

“Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb.

Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib.

Ekspert deyir ki, vətəndaşlar bundan heç də narahat olmamalıdır:

“Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir".


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020