Əsas səhifəXariciPolis gücləndirilmiş iş rejiminə keçib
PAYLAŞ

Polis gücləndirilmiş iş rejiminə keçib

Xarici 22 Sentyabr 2020 14:43 1236

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlament seçkilərinin azad, təhlükəsiz və dinc şəraitdə keçirilməsinin təmin olunması ilə bağlı əmr imzalayıb.  

“Report” xəbər verir ki, ölkənin bölgələrində polis bölmələrinin fəaliyyət göstrədiyi ərazilərdə qanun pozuntularının qarşısının alınması və onlara reaksiya verilməsi üzrə qruplar yaradılacaq.

Əmrə əsasən, polis əməkdaşları vəzifələrini yerinə yetirərkən siyasi bitərəflik prinsipinə ciddi əməl etməlidirlər.

Sənəddə qeyd olunub ki, polis məmurunun hər hansı bir siyasi partiyanın xeyrinə və ya ona qarşı yönələn hərəkət etməsi yolverilməzdir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. 


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020