Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə “Moskva” prospektində baş verib. “Şamaxinka” adlanan ərazidə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1965-ci il təvəllüdlü Əliyev Zaman Həsənağa oğlunu naməlum markalı avtomobil vuraraq hadisə yerindən yayınıb. Yaralı xəstəxanaya yerləşdirilib. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində əməliyyat axtarışlarına başlanılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər