Əsas səhifəQəzaBakıda "Mercedes" "Kamaz"a çırpıldı: sürücü öldü - FOTO
PAYLAŞ

Bakıda "Mercedes" "Kamaz"a çırpıldı: sürücü öldü - FOTO

Qəza 23 Sentyabr 2020 10:21 1597

Bakının Sabunçu rayonu ərazisində şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə yol kənarında olan dəmir arakəsmələrə çırpılıb.

APA xəbər verir ki, nəticədə “Mercedes” markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Avtomobilin sərnişinləri isə yüngül bədən xəsarətləri alıb.

“KamAZ”  markalı yük avtomibilinin və digər minik maşının sürücüləri xəsarət almayıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım əməkdaşları gəlib.

Yolda qısa müddətlik tıxac yaranıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020