Əsas səhifəNəqliyyatAZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır
PAYLAŞ

AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

Nəqliyyat 23 Sentyabr 2020 15:56 1627

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.

Bu barədə AZAL-dan bildirilib. 

Məlumata görə, Ankaraya aviareyslərin həftədə iki dəfə  - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən keçirilməsi nəzərdə tutulub. Antalyaya uçuşlar isə sentyabrın 30-dan hər həftənin çərşənbə günləri yerinə yetiriləcək. 

Hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir. 

Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Koronavirus pandemiyası dövründə həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır. 

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış ola bilərsiniz. 

Türkiyədən uçduğunuz zaman “Memorial Sağlık Grubu” klinikası və Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan birində testdən keçə bilərsiniz: https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html.

Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə sərnişinlər uçuş zamanı bəyannamə dolduraraq iki həftə müddətində təcrid oluna biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.

Pandemiya dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.

AZAL-ın hazırladığı videotəlimatı buradan izləmək olar: https://youtu.be/-s-0s4o1L2M


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020