Əsas səhifəÖlkəDünyada pandemiya təhlükəsi artır
PAYLAŞ

Dünyada pandemiya təhlükəsi artır

Ölkə 24 Sentyabr 2020 08:46 1049

Dünyada koronavirusa yoluxanların ümumi sayı artaraq 32 milyon nəfəri ötüb.

Bu barədə "Report" ayrı-ayrı ölkələrin ümumi statistikasına istinadən xəbər verir.

Məlumata görə, dünyada COVID-19-a yoluxanların sayı 32 milyon 110 nəfər təşkil edir. Təhlükəli infeksiyaya ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 7 119 713 nəfərin koronavirusa yoluxması aşkarlanıb.

ABŞ-dan sonra COVID-19-a ən çox yoluxma Hindistanda (5 727 750), Braziliyada (4 602 241), Rusiyada (1 122 241), Kolumbiyada (777 537), Peruda (776 546), Meksikada (705 263), Cənubi Afrikada (693 556), İspaniyada (663 282), Argentinada (652 174) və Fransada (481 141) aşkarlanıb.

Pandemiya ərzində koronavirusdan ölənlərin də sayı gündən-günə artmaqdadır. Belə ki, dünyada təhlükəli infeksiyadan ölənlərin ümumi sayı 978 985 nəfərə yüksəlib.

Dünyada COVID-19-a yoluxan 23 556 281 pasiyent sağalıb, hazırda daha 7 464 844 aktiv koronavirus xəstəsi müalicə edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020