Əsas səhifəXariciBenzin mühərrikli avtomobillərin satışı qadağan ediləcək
PAYLAŞ

Benzin mühərrikli avtomobillərin satışı qadağan ediləcək

Xarici 24 Sentyabr 2020 09:22 1532

ABŞ-ın Kaliforniya ştatının hakimiyyət orqanları 2035-ci ildə benzin mühərrikli yeni avtomobillərin satışını qadağan edəcək.

"Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Qevin Nyusom bildirib.

"Bu, bizim ştatımızın iqlim dəyişikliklərinin nəticələri ilə mübarizə aparmaq üçün təşəbbüs edə biləcəyi ən əhəmiyyətli addımdır", - o qeyd edib. Qubernator xatırladıb ki, Kaliforniyada atmosferə karbon qazı tullantılarının yarıdan çoxu nəqliyyat vasitələrinin payına düşür.

"Uzun müddət uşaqlarımıza və yaxınlarımıza avtomobillərin işlənmiş qazının çirkləndirdiyi hava ilə nəfəs almalarına imkan verdik. Bizə uşaqlarda astma xəstəliyinin yaranmasına səbəb olmayan maşınlar lazımdır. Avtomobillərin işlənmiş qazları buzlaqların əriməsinə və okeanın səviyyəsinin qalxmasına səbəb olmamalıdır", - deyə o bildirib.

Kaliforniya Birləşmiş Ştatların ən böyük avtomobil bazarlarından biridir. ABŞ-da satılan avtomobillərin 11 faizi bu ştatın payına düşür.





MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020