Əsas səhifəQəza"Protiv" çıxan "Hyundai" keçiddə piyadanı belə vurdu
PAYLAŞ

"Protiv" çıxan "Hyundai" keçiddə piyadanı belə vurdu

Qəza 24 Sentyabr 2020 10:05 1336

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb. Avtoyol.az xəbər verir ki, hadisə paytaxtın Teymur Elçin küçəsində qeydə alınıb. "Hyundai" markalı avtomobilin sürücüsü əks istiqamətdə çıxaraq hərəkət edir. Bu zaman piyada keçidindən keçən piyadanı vurur. Hadisə nəticəsində piyada ağır xəsarət alır. 
Hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılır.
Qeyd edək ki, bu küçədə bəzən sürücülər əks istiqamətdə hərəkət edir. Amma ən böyük risk həmin piyada keçidi yerləşən ərazidir. Çünki "Şəhidlər xiyabanı" istiqamətindən gələrək Teymur Elçin küçəsinə dönmə edən sürücülər qarşıdan gələni heç cür görə bilmir. Videonu təqdim edirik:

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020