Əsas səhifəXariciİtaliyanlar üzgəcli super maşın hazırladı; 100-ü 3,1 saniyəyə yığır - FOTO
PAYLAŞ

İtaliyanlar üzgəcli super maşın hazırladı; 100-ü 3,1 saniyəyə yığır - FOTO

Xarici 24 Sentyabr 2020 18:33 2899

İtaliyanın kuzov atelyesi “Touring Superleggera”, yeni hazırladığı “Aero 3” super maşınını təqdim edib. Avtoyol.az xəbər verir ki, yeniliyin qeyri-adi gövdəsi, “streamliner”ləri və 1930-cu illərin maşınlarını andırır.

“Aero 3” “Ferrari F12berlinetta” şassisi üzərində quraşdırılıb. Maşının arxa hissəsinə iri üzgəc dizayn edilərək, ona unikal gövdə görünüşü verilib. Element heç bir aerodinamik funksiya daşımır, ancaq təxminən 100 il əvvəlki “Alfa Romeo”nun klassik yarış avtomobillərini xatırladır.

Kuzov panelləri kompozit materiallarından hazırlandığına görə, “Areo 3” “donordan” 150 kq yüngüldür. Maşının texniki göstəriciləri isə dəyişməyib.

Supercar, 730 at güclü 690 n/m fırlanma anı və 6,3 litrlik V12 atmosferli mühərriklə komplektləşdirilib. “Areo 3”, 0-dan 100-ə 3,1 saniyəyə sürətlənir, maksimal sürəti isə 340 km/s. təşkil edir. 

Atelye, “Aero 3”dən məhdud sayda, cəmi 15 ədəd istehsal edəcək. Şirkət qiymətlə bağlı qəti bir məbləğ söyləməyib, ancaq qiymətin sifarişçilərin istəklərinə və əlavə avadanlıqların təchizindən asılı olacağını bildirib.

Qeyd edilir ki, sifariş alındığı təqdirdə, hər “Aero 3” nüsxəsinin hazırlanmasına azı 6 ay vaxt tələb olunacaq.

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020