Əsas səhifəÖlkəBu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb
PAYLAŞ

Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb

Ölkə 24 Sentyabr 2020 18:35 1567

Biləsuvar rayonunda bu günədək koronavirus infeksiyasına yoluxan, sağalan və ölənlərin sayı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, rayonda indiyədək virusdan 11 nəfər vəfat edib.

Belə ki, indiyədək koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar (COVID-19) 5 974 test aparılıb. Eyni zamanda 324 yoluxma, 265  sağalma və 11 ölüm  faktı qeydə alınıb.

Hazırda aktiv xəstə sayı 48 nəfərdir. Onların müalicəsi xəstəxana və ev şəraitində davam edir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020