Əsas səhifəQəzaYüksək sürət faciəyə səbəb oldu; maşın öncə dirəyə, daha sonra isə reklam lövhəsinə çırpılıb - FOTO
PAYLAŞ

Yüksək sürət faciəyə səbəb oldu; maşın öncə dirəyə, daha sonra isə reklam lövhəsinə çırpılıb - FOTO

Qəza 25 Sentyabr 2020 20:51 2261

Minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də Türkiyənin İstanbul şəhərində Bakırköy rayonunda qeydə alınıb.

Məlumata görə, Tamer Ünver sürətlə idarə etdiyi 34 TA 8881 qeydiyyat nömrə nişanlı minik avtomobillə, hərəkətdə olarkən sükan idarəetməsini itirib və yoldan çıxaraq əvvəlcə işıqlandırma dirəyinə, daha sonra isə reklam lövhəsinə çırpılıb.

Zərbənin şiddətindən minik avtomobili deformasiyaya uğrayıb, işıqlandırma dirəyi isə yolun hərəkət hissəsinə aşıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən aparıldığı xəstəxanada dünyasını dəyişib.

Polis faktla bağlı araşdırma aparır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020