Əsas səhifəÖlkəErmənistanda hərbi vəziyyət və səfərbərlik elan olundu
PAYLAŞ

Ermənistanda hərbi vəziyyət və səfərbərlik elan olundu

Ölkə 27 Sentyabr 2020 14:28 1571

Erınənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik elan edib.

Ermənistan mediasına istinadən xəbər veririk ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Sentyabrın 27-də Ermənistan hökumətinin iclası keçirilib. İclasda yaranmış vəziyyət müzakirə olunub. Paşinyan ölkə üzrə hərbi vəziyyət rejiminin tətbiqi və ümumi hərbi səfərbərlik elan olunduğunu vurğulayıb.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim də "hərbi vəziyyət rejimi" tətbiq edib və 18 yaşdan yuxarı əhalini hərbi səfərbərliyə çağırıb.

Qarabağda erməni sakinlər arasında  vahimə yaranıb. Məktəblər qeyri-müəyyən müddətədək bağlanıb.  Separatçıların başçısı erməniləri sakitləşdirməyə çalışan bəyanatla çıxış edib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020