Əsas səhifəÖlkəBQXK tərəfləri mülki şəxsləri fərqləndirməyə çağırır
PAYLAŞ

BQXK tərəfləri mülki şəxsləri fərqləndirməyə çağırır

Ölkə 27 Sentyabr 2020 16:19 1278

Cenevrə (BQXK) – Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xətti boyunca 27 sentyabr 2020-ci il səhər saatlarında başlamış gərginləşmənin humanitar nəticələri barədə narahatdır. Hər iki tərəfdən itkilərin arasında mülkilərin də olduğu bildirilir.

Bu barədə "Report"a Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib. 

"BQXK tərəfləri, beynəlxalq humanitar hüququn ən başlıca qaydaları barədə öhdəliklərinə riayət etməklə mülki şəxslərin həyatlarını və mülki infrastruktur obyektlərini qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırır" deyə, məlumatda qeyd olunub. 

BQXK-nın regional direktoru Martin Şopp qeyd edib ki, təmsil etdiyi qurum bu gərginləşmə nəticəsində təsirə məruz qalan şəxslərə dəstək göstərməyə və neytral vasitəçilik rolunu yerinə yetirməyə hazır olduğunu bir daha bildirir:

"Biz tərəfləri beynəlxalq humanitar hüququn prinsiplərinə hər bir halda tam riayət etməyə çağırırıq.”

BQXK regionda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir. BQXK, Bakı və Yerevandakı nümayəndəlikləri və Dağlıq Qarabağdakı missiyasının vasitəsilə təmas xətti və Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca yerləşən icmalara dəstək göstərir. Bundan əlavə, itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq və onların ailələrinə kömək etmək üçün çalışır, azadlıqdan məhrum edilmiş şəxslərə baş çəkir, azad edilmiş şəxslərin repatriasiyası əməliyyatlarına şərait yaratmaq üçün neytral vasitəçi qismində çıxış edir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020