Əsas səhifəÖlkə"Ermənistan iyrənc ənənəsinə sadiq qalaraq mülki əhalini, yaşayış evlərini hədəfə alıb"
PAYLAŞ

"Ermənistan iyrənc ənənəsinə sadiq qalaraq mülki əhalini, yaşayış evlərini hədəfə alıb"

Ölkə 27 Sentyabr 2020 16:28 1915

Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan öz cinayətkar, faşist və işğalçı siyasətini davam etdirir. Zaman-zaman atəşkəs rejimini pozan, hərbi təxribatlar törədən düşmən ölkə bununla mövcud status-kvonun saxlanmasına çalışır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, işğalçı ölkə sentyabrın 27-də növbəti dəfə genişmiqyaslı hərbi təxribata başlayıb: "Düşmən ölkə bu dəfə də öz iyrənc ənənəsinə sadiq qalaraq mülki əhalini, yaşayış evlərini hədəf götürüb. Lakin hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını alıb və işğalçıya sarsıdıcı zərbə vurub. Eyni zamanda, ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Müdafiə Nazirliyinin məlumatına görə, ordumuz hazırda düşmən üzərində böyük üstünlüyə malikdir".

V.İskəndərov bildirib ki, bu gün baş verənlərə görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür: "Düşmən ölkəyə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan işğalçılıq əməllərindən əl çəkmədi. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin bəyan etdiyi kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür".


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020