Əsas səhifəÖlkəTürkiyəli jurnalist: "Azərbaycanın qələbəsi yaxındır"
PAYLAŞ

Türkiyəli jurnalist: "Azərbaycanın qələbəsi yaxındır"

Ölkə 28 Sentyabr 2020 12:16 1153

“Ermənilərin Azərbaycana qarşı təxribat törədərək alovlandırdığı vəziyyəti "müharibə başladı" deyə təqdim etməməliyik”.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin “24 TV” telekanalının aparıcısı, “Star” qəzetinin köşə yazarı, Dağlıq Qarabağ münaqişəsinin başladığı illərdə Azərbaycana gedən ilk türk jurnalist Ardan Zentürk deyib.

“Baxıram ki, bir çox xəbər saytları “Ermənistan-Azərbaycan arasında müharibə başladı” yazırlar. Bütün dünya mediasına səslənirəm ki, baş verənlərin tarixi xronologiyasını dəqiq araşdırsınlar. Bu, yeni başlayan bir müharibə deyil. Əslində, biz Cənubi Qafqazda 1988-ci ildən başlayan müharibənin yeni mərhələsinə qədəm qoymuşuq. 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik edən və ABŞ, Rusiya və Fransanın həmsədr ölkələr olduğu ATƏT-in Minsk qrupunun dövrəyə girməsilə atəşkəs elan olunmasına baxmayaraq, müharibə vəziyyəti davam edirdi. Ona görə də indiki situasiyanı "müharibə başladı" kimi təqdim etməklə Ermənistan və Rusiyanın çörəyinə yağ sürtürük”, - o qeyd edib.

A.Zentürk Azərbaycandan gələn xəbərləri həyəcanla izlədiyini və qələbənin yaxında olduğunu bildirib: “Çünki bu günlərdə Azərbaycan tarix yazır. Mən müstəqilliyini canı, qanı bahasına qazanan Azərabaycanın ən çətin günlərinin canlı şahidiyəm. Həmin illərdə Ağdamda idim, təəssüf ki, bu gün Ağdam Ermənistanın işğalı altındadır. Həmin vaxtlar Ermənistana dəstək üçün Dağlıq Qarabağa gələn muzdluların əllərində sadəcə Rusiya deyil, ABŞ və Fransanın da silahları olduğunu görmüş və bunu sübütlarla mediaya təqdim etmişdim".

O vurğulayıb ki, bu gün Türkiyənin Azərbaycana dəstəyi tarixi əhəmiyyət daşıyır: "Bundan narahat olan Rusiya bölgədə qarşıdurmaların dayandırılmasını istəyir. Ancaq baş verənlər hər şeyi çılpaqlığı ilə ortaya qoymaqdadır. Azərbaycan üçün böyük qələbə çox yaxındadır. İndiki vaxtda Türkiyənin Azərbaycan sonsuz dəstəyi əslində düşmənə ən böyük zərbə oldu. Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” olaraq zəfərə doğru gedir. Sadəcə türk kimliyi ilə iki qardaş ölkə bu gün çiyin-çiyinədir və düşünürəm ki, ən qısa zamanda biz bu müharibəni ən doğru şəkildə başa çatdıracağıq. Azərbaycanda olan hər bir türk qədər bizlər də həyacan içindəyik. Mən Azərbaycanın səsi olmağa hazıram”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020