Əsas səhifəÖlkəTürkiyə BMM-in nümayəndəsi Sahibə Qafarovaya zəng edib
PAYLAŞ

Türkiyə BMM-in nümayəndəsi Sahibə Qafarovaya zəng edib

Ölkə 29 Sentyabr 2020 16:14 1477

Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib.

Parlamentdən  verilən məlumata görə, Milli Məclisin Spikeri telefon danışığında Dağlıq Qarabağ ərazisində məlum hadisələrlə əlaqədar Türkiyə rəsmilərinin və ictimai xadimlərinin Azərbaycana hər cür dəstək verməsinin çox önəmli olduğunu, dost və qardaş xalqın dəstəyininin qürur verdiyini bildirib. Sahibə Qafarova vurğulayıb ki, cəbhə bölgəsindəki vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana dəstək verdiklərini birmənalı şəkildə ifadə ediblər.

Türkiyənin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı ilə telefon söhbətində Milli Məclis Sədri qeyd edib ki, həmkarı Mustafa Şentopla telefon danışığı zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Türkiyənin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini şəxsən söyləyib. "Bu, "bir millət iki dövlət" ifadəsinin günümüzdə real təcəssümüdür. Xalqımız bu dəstəyi belə də qəbul edir", - deyən Spiker Sahibə Qafarova TBMM-də təmsil olunan bütün siyasi partiyaların bu sınaq günlərində Azərbaycanla həmrəy olduqlarını öz bəyanatlarında ifadə etməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Biz bütün partiyalara bu qardaş mövqeyinə görə dərin təşəkkür edirik.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020