"Nəqliyyat Könüllüləri" proqramının iştirakçıları üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) kiçik qruplarla təcrübə səfəri təşkil edilib.
Səfər çərçivəsində könüllülərimizə NİİM haqqında maraqlı təqdimat edilib. Təqdimatdan əldə edilən bilikləri praktikada əyani şəkildə görmək üçün NİİM-in monitor zalına və digər şöbələrə səfər edilib. Könüllülər burada şəhərin daha çox sıxlıq müşahidə olunan küçə və prospektlərin nəqliyyat axınını izləyib və iş prosesi ilə yaxından tanış olublar.
Könüllülərimizə NİİM-də həyata keçirilən və nəzərdə tutulan inovativ layihələr haqqında məlumat verilib.
Qeyd edək ki, könüllülərin fəaliyyətləri pandemiya qaydalarına uyğun təşkil edilir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər