Əsas səhifəÖlkə30 noyabr 2020-ci il tarixdə paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin ölümü və 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə DİN Baş DYP İdarəsinin məlumatı
PAYLAŞ

30 noyabr 2020-ci il tarixdə paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin ölümü və 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə DİN Baş DYP İdarəsinin məlumatı

Ölkə 30 noyabr 2020 22:00 4726

Bu gün gecə saat 00:47 radələrində Xətai rayonu, Nobel prospektində 3 nəfərin ölümü və 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, sürücü Yasamal rayon sakini 1999-cu il təvəllüdlü oğlu Məmmədov Tuncay Aslan oğlu havanın yağışlı və yol örtüyünün yaş olmasını nəzərə almadan özünə məxsus “BMW” markalı, 99-SS-459 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olduğundan idarəetməni itirmiş, nəticədə avtomobil səkiyə doğru sürüşərək bordürə və yolun kənarındakı obyektə çırpıldıqdan sonra aşmışdır.

Qəza nəticəsində Azərbaycan Tibb univerisitetinin 5-ci kurs tələbələri, FHN-nin modul tipli hospitalında tibb qardaşları və tibb bacısı işləyən sürücü T.A.Məmmədov, avtomobildə olan sərnişinlər Ağcabədi rayon sakini 1998-ci il təvəllüdlü Məmmədova Yeganə Tarif qızı və Qəbələ rayon sakini 1999-cu il təvəllüdlü Mustafazadə Sahil Mehman oğlu aldıqları xəsarətdən həlak olmuş, İsmayıllı rayon sakini 1999-cu il təvəllüdlü Ağamirzəyev İlkin Hikmət oğlu isə ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdir.

Yol-nəqliyyat hadisəsi ilə bağlı qeydə alınmış videogörüntülərə ilkin baxış keçirilərkən həmin avtomobilin yüksək sürətlə hərəkət etməsi və hərəkət sürətinin yol və meteoroloji şəraitə uyğun seçilməməsi müşahidə olunmuş, eləcə də zərbə nəticəsində sərnişin Y.Məmmədovanın nəqliyyat vasitəsindən 18 metr kənara atılmaqla 3 nəfərin həlak olması deməyə əsas verir ki, avtomobildə olan sürücü və sərnişinlərdən heç birinin təhlükəsizlik kəməri bağlı olmayıb. Məhz bu amillər də qəzanın ağırlıq dərəcəsinin daha yüksək olmasına təsir edib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020