Əsas səhifəNəqliyyat40-dan artıq kəsişmədə eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi işləri davam etdirilir
PAYLAŞ

40-dan artıq kəsişmədə eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi işləri davam etdirilir

Nəqliyyat 08 Dekabr 2020 14:40 1935

Paytaxt ərazisində piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması məqsədilə hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən yol kəsişmələrində aşağıdakı işlər yekunlaşdırılmaq üzrədir:

✔️yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi;
✔️80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması.


Ümumilikdə həyata keçirilən bu tədbirlər:
✔️yol kəsişmələrində təhlükəsizliyi artırır; 
✔️piyadaların rahatlığını təmin edir;
✔️piyada keçidlərindən istifadəni stimullaşdırır;
✔️əlçatanlığın artırılmasına şərait yaradır.

 

Mərhələli şəkildə bütün yol kəsişmələrində bu kimi tədbirlər həyata keçiriləcəkdir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020