Əsas səhifəNəqliyyatNəqliyyat Könüllüləri layihələrini təqdim ediblər
PAYLAŞ

Nəqliyyat Könüllüləri layihələrini təqdim ediblər

Nəqliyyat 14 Dekabr 2020 13:00 983

 

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramının iştirakçılarının paytaxtın daha əlçatan, piyada yönümlü, təhlükəsiz və dayanıqlı inkişafına dair hazırlanan müxtəlif məzmunlu layihələrinin təqdimatı olub. Onlayn formatda keçirilən təqdimatda Agentliyin Aparat rəhbəri Gülşən Rzayeva bildirib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhfələrini verməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edildiyini xatırladaraq, "Nəqliyyat Könüllüləri"nin ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatına öz töhfələrini verdiyini vurğulayıb. Könüllülərin təqdimatı maraqla qarşılanıb. Həyata keçirilməsi daha real və məqsədəuyğun hesab edilən təkliflər yüksək qiymətləndirilib.

Xatırladaq ki, “Nəqliyyat Könüllüləri” proqramının məqsədi, paytaxtın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi və sosial yönümlü istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək olmaqdır. Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər onlayn formatda müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artırır, pandemiya qaydalarına uyğun olaraq təcrübə səfərlərində iştirak edir, müxtəlif sosial aksiyalara və sorğuların keçirilməsinə cəlb olunurlar.

Qeyd edək ki, praktiki biliklərə yiyələnərək təcrübə proqramını müvəffəqiyyətlə başa vuran könüllülər qiymətləndirmələrin nəticələrinə əsasən sertifikatla təltif olunacaqlar.

 

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020