Əsas səhifəNəqliyyatAsif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb
PAYLAŞ

Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb

Nəqliyyat 16 Dekabr 2020 14:30 1286

Daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Sıx məskunlaşmanın və təhsil müəssələrinin olduğu bu küçədə mövcud  eyni səviyyəli piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.
Nəticədə: 
✅Ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib;
✅inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub;
✅svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizliyi maksimum həddə çatdırılıb. 
Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi, nizamlanan eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020