Vətəndaşların nəzərinə
Ölkə
18 yanvar 2021 12:00
689
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərin 2021-ci il 25 yanvar saat 00:00-dək uzadılmasını nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər