Əsas səhifəÖlkəDİN Baş DYP İdarəsinin avtomobil sahiblərinə müraciəti
PAYLAŞ

DİN Baş DYP İdarəsinin avtomobil sahiblərinə müraciəti

Ölkə 21 yanvar 2021 18:00 1243

2020-ci il ərzində respublika üzrə oğurlanmış, qaçırılmış 197 nəqliyyat vasitəsindən 187-i isti izlərlə tapılmış, 10 avtomobillə bağlı isə axtarış tədbirləri davam etdirilir. Respublika rayonlarından qaçırılmış 53 avtomobildən 49-u, Bakı şəhəri üzrə qaçırılmış 144 avtomobildən 138-i tapılmışdır.  

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oğurlanmış, qaçırılmış nəqliyyat vasitələrinin sayı 3 fakt, axtarışda qalan avtomobillərin sayı isə 6 fakt azalmışdır.

Aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, bu növ cinayətlər əksər hallarda sutkanın qaranlıq vaxtları törədilir və cinayətin obyekti əsasən yaşayış zonalarından uzaqda, işıqlandırılmamış yol sahələrində saxlanılmış, kilit sistemi zəif olan, alarm sistemi olmayan və asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan və istehsal illəri köhnə olan) nəqliyyat vasitələridir.

Qeyd olunanları nəzərə alaraq, bu kimi cinayətlərin qarşısının alınması, əmlaklarının hüquqa zidd əməllərdən qorunması üçün avtomobil sahibləri və sürücülərdən xahiş edirik ki, nəqliyyat vasitələrini saxlayarkən yuxarıda göstərilən hallara diqqət yetirsinlər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020