Bakı Nəqliyyat Agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə təşkil etdiyi Qrant müsabiqəsi çərçivəsində “Oriqami Uşaq və Yeniyetmələr” İctimai Birliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində onlayn qaydada icra etdiyi "Küçə.Yol.Piyada" layihəsi yekunlaşıb.
Sabunçu rayonu Maştağa qəsəbəsinin kiçik yaşlı 115 nəfər sakininin qoşulduğu bu layihə yeniyetmələrin böyük marağına səbəb olub, eləcə də Maştağa icmasının nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Layihə çərçivəsində uşaq və yeniyetmələr, fərdi qaydada, yol hərəkətinin təhlükəsizliyi qaydaları mövzusunda uşaq yaradıcılığı nümunələri hazırlayıb.
Layihənin məqsədi qlobal COVİD-19 koronavirus infeksiyasının bütün dünyada və ölkəmizdə yaratdığı yeni situasiyada ,onlayn qaydada ,uşaqlar tərəfindən yol hərəkəti təhlükəsizlik qaydalarının öyrənilməsinə diqqəti, marağı artırmaq, onlara bu barədə yeni biliklər vermək, onların intellektual səviyyəsini, qabiliyyət və bacarığını inkişaf etdirmək, asudə vaxtını daha mənalı və məzmunlu, səmərəli təşkilinə kömək etmək olub.
Eyni zamanda layihənin bütün iştirakçıları və onların valideynləri adından Bakı Nəqliyyat Agentliyinə uşaqların yol hərəkətinin təhlükəsizliyi qaydalarına dair maarifləndirilmə işlərinə göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıq bildirilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər