Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyində Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin müzakirəsi ilə bağlı video-konfrans formatında iclas keçirilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyində Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin müzakirəsi ilə bağlı video-konfrans formatında iclas keçirilib

Nəqliyyat 22 Fevral 2021 11:39 4722

Bakı Nəqliyyat Agentliyində Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin müzakirəsi ilə bağlı video-konfrans formatında iclas keçirilib. 

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sənədin ölkəmizin dinamik və hərtərəfli inkişafına təkan verməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, Milli Prioritetlər uğurla davam edən sosial-iqtisadi inkişafın Vətən müharibəsindən sonrakı dövrdə meydana çıxan yeni çağırışlar və istiqamətləri əks etdirir. Müəyyən olunmuş prioritetlər ölkə iqtisadiyyatının gücləndirilməsinə səbəb olacaq ki, bununla da əhalinin sosial rifahı daha da yaxşılaşacaq.

İdarə Heyətinin sədri xatırladıb ki, bu gün Azərbaycan inkişaf edir və ölkəmizdə yeni qlobal meyarlara uyğun iqtisadi islahatlar həyata keçirilir. Ölkə post-pandemiya və post-konflikt dövrünə qədəm qoyur. 2021‒2030-cu illəri əhatə edən dövr keyfiyyətcə yeni olmaqla strateji mərhələ hesab edilir. 10 il üçün Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr gətirəcək. Milli maraqlar, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi bu proqramda öz əksini tapır. 

Diqqətə çatdırılıb ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin bir çoxu məhz Milli Prioritetlərə əsaslanır. Növbəti illər üçün də fəaliyyət planları bu sənədin müddəaları əsas götürülməklə hazırlanacaq. Davamlı iqtisadiyyata töhfələr, leqal əmək münasibətlərinin təşviqi və məşğulluğun artırılması, kölgə iqtisadiyyatının azaldılması, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi, ətraf mühit, sosial ədalət və inkluziv cəmiyyətin inkişafı Agentliyin fəaliyyətində əsas prioritetlərdəndir. Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlərin əsas hədəfi vətəndaşa xidmət və onun rifahının yaxşılaşdırılmasıdır.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020