Bakı şəhərində istər piyadalar, istərsə də, sürücülər üçün münbit nəqliyyat şəraitinin yaradılmasını qarşısına məqsəd qoymuş Bakı Nəqliyyat Agentliyi tərəfindən növbəti önəmli layihə həyata keçirilmişdir. Belə ki, mütəxəssislərimizin tərəfindən Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev, Zahid Xəlilov, Əhməd Cəmil, Həsən Məcidov küçələrində əsaslı araşdırmalar aparılmış və aşağıda göstərilmiş nəqliyyat problemləri aşkarlanmışdır:
Əbdürrəhim bəy Haqverdiyev və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin nizamlanmaması, eyni zamanda piyada intensivliyinin yüksək olması səbəbindən nəqliyyat axınına maneələrin yaranması; Zahid Xəlilov və Əhməd Cəmil küçələrinin şimal və cənub hissələrinin birbaşa əlaqələndirmə imkanlarının olmaması; Zahid Xəlilov və Əhməd Cəmil küçələrinin Həsən Məcidov küçəsi ilə kəsişmələrinin nizamlanmaması - kəsişən yolların eyni xarakterə malik olması və nəqliyyat vasitələrinin artan intensivliyi səbəbindən mütəmadi olaraq yol nəqliyyat hadisələrinin baş verməsi; Zahid Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə küçəsindən Ə. Haqverdiyev küçəsinə kimi olan hissəsi) universitet, institut, məktəb, yaşayış binalarının yerləşməsi və yolun nəqliyyat təlabatına uyğun olmaması səbəbindən tıxacların yaranması.Göstərilən problemlərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanmış layihə əsasında aşağıda göstərilmiş tədbirlər həyata keçirilmişdir:
Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Zahid Xəlilov və Əhməd Cəmil küçələri ilə kəsişmələrində, Həsən Məcidov küçəsinin isə Zahid Xəlilov və Əhməd Cəmil küçələri ilə kəsişmələrində svetofor obyektləri quraşdırılıb; Nəqliyyat ləngimələrinə səbəb olduğundan və yol nəqliyyat hadisələrinin baş vermə riskini artırdığından Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki mövcud geriyə dönmə yeri ləğv edilib; Zahid Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə kimi hissəsi) hərəkət birtərəfli təşkil edilib;Həyata keçirilmiş dəyişikliklər nəticəsində:
Ərazidə nəqliyyat sıxlıqları aradan qaldırılıb; Yol kəsişmələrində hərəkət növbəliliyi təmin edilib; Piyadaların və nəqliyyat vasitələrinin rahatlığı və təhlükəsizliyi təmin edilib; Əhməd Cəmil və Zahid Xəlilov küçələrinin şimal və cənub hissələri əlaqələndirilib.Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər