Əsas səhifəNəqliyyatDaha bir neçə kəsişmədə növbəti önəmli layihə həyata keçirilib
PAYLAŞ

Daha bir neçə kəsişmədə növbəti önəmli layihə həyata keçirilib

Nəqliyyat 12 Mart 2021 16:07 1813

Bakı şəhərində istər piyadalar, istərsə də, sürücülər üçün münbit nəqliyyat şəraitinin yaradılmasını qarşısına məqsəd qoymuş Bakı Nəqliyyat Agentliyi tərəfindən növbəti önəmli layihə həyata keçirilmişdir. Belə ki, mütəxəssislərimizin tərəfindən Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev, Zahid Xəlilov, Əhməd Cəmil, Həsən Məcidov küçələrində əsaslı araşdırmalar aparılmış və aşağıda göstərilmiş nəqliyyat problemləri aşkarlanmışdır:

Əbdürrəhim bəy Haqverdiyev və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin nizamlanmaması, eyni zamanda piyada intensivliyinin yüksək olması səbəbindən nəqliyyat axınına maneələrin yaranması; Zahid Xəlilov və Əhməd Cəmil küçələrinin şimal və cənub hissələrinin birbaşa əlaqələndirmə imkanlarının olmaması; Zahid  Xəlilov  və  Əhməd  Cəmil  küçələrinin  Həsən Məcidov küçəsi  ilə  kəsişmələrinin nizamlanmaması - kəsişən yolların eyni xarakterə malik olması və nəqliyyat vasitələrinin artan intensivliyi səbəbindən mütəmadi olaraq yol nəqliyyat hadisələrinin baş verməsi; Zahid  Xəlilov küçəsində  (Bəxtiyar Vahabzadə  küçəsindən Ə. Haqverdiyev  küçəsinə kimi olan hissəsi) universitet, institut, məktəb, yaşayış binalarının yerləşməsi və yolun nəqliyyat təlabatına uyğun olmaması səbəbindən tıxacların yaranması.

Göstərilən problemlərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanmış  layihə əsasında aşağıda göstərilmiş tədbirlər həyata keçirilmişdir: 

Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Zahid Xəlilov və Əhməd Cəmil küçələri ilə kəsişmələrində, Həsən Məcidov küçəsinin isə Zahid Xəlilov və Əhməd Cəmil küçələri ilə kəsişmələrində svetofor obyektləri quraşdırılıb; Nəqliyyat ləngimələrinə səbəb olduğundan və yol nəqliyyat hadisələrinin baş vermə riskini artırdığından Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki mövcud geriyə dönmə yeri ləğv edilib; Zahid Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə küçəsindən  Əbdürrəhim  bəy  Haqverdiyev küçəsinə kimi hissəsi) hərəkət birtərəfli təşkil edilib;

Həyata keçirilmiş dəyişikliklər nəticəsində:

Ərazidə nəqliyyat sıxlıqları aradan qaldırılıb; Yol kəsişmələrində hərəkət növbəliliyi təmin edilib; Piyadaların və nəqliyyat vasitələrinin rahatlığı və təhlükəsizliyi təmin edilib; Əhməd Cəmil və Zahid Xəlilov küçələrinin şimal və cənub hissələri əlaqələndirilib.
MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020