Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə işçi qrupunun görüşü keçirilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə işçi qrupunun görüşü keçirilib

Nəqliyyat 16 Mart 2021 12:27 2447

İşçi qrup paytaxtda əlverişli ekoloji mühitin formalaşdırılması, nəqliyyat vasitələrindən atılan zərərli tullantıların miqdarının azaldılması məqsədilə birgə layihələrin və tədbirlərin hazırlanaraq icrasını təmin edəcək. 
İşçi qrup çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) tanışlıq səfəri edib. Nazirliyin təmsilçilərinə Mərkəzin fəaliyyət istiqamətləri, o cümlədən Coğrafi İnformasiya Sistemlərinin (CİS) idarə olunması ilə bağlı proqram təminatı-elektron xəritə və “Hava keyfiyyətinin indeksi” layihəsi haqqında məlumat verilib. İşçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə edən görüş iştirakçıları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin iş prosesi ilə əyani tanış olublar. 
BMT-nin dayanıqlı inkişaf məqsədlərinin 11-ci bəndində ehtiva edilən “Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək” üçün BNA öz töhfəsini verməkdədir. Bu baxımdan Bakıda əlverişli ekoloji mühiti formalaşdırmaq üçün BNA həm yerli, həm də xarici platformalarda fəal iştirak edərək ən qabaqcıl təcrübələri öyrənir və tətbiq edir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020