Əsas səhifəAvtomobil Yolları"Buta Airways" İstanbul və İzmirə reyslərin sayını artırır
PAYLAŞ

"Buta Airways" İstanbul və İzmirə reyslərin sayını artırır

Avtomobil Yolları 30 Mart 2021 13:19 1361
"Buta Airways" İstanbul və İzmirə reyslərin sayını artırır.

Buta Airways İstanbul və İzmirə reyslərin sayını artırır "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" şirkəti gələn aydan Bakıdan Türkiyənin İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır.

"AvtoYol" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, uçuşların sayının artırılması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq. Bakıdan İzmirə və geri reyslərin sayı həftədə 3 dəfədən 4 dəfəyə qədər artırılacaq. Aprelin 20-dən etibarən isə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək. Reyslər Türkiyənin Sabiha Gökçen (İstanbul) və Adnan Menderes (İzmir) hava limanlarına yerinə yetiriləcək. Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir. Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır. Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək. Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq. Bakı-İstanbul və ya Bakı-İzmir istiqaməti üzrə reyslərin sərnişinləri: - Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey - koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/clinics İstanbul-Bakı və ya İzmir-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri: - Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan - koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod qeyd olunması tövsiyə olunur (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq). Türkiyədən uçuş zamanı “Memorial Sağlık Grubu”nun klinikalarından birində və ya ölkənin səhiyyə nazirliyinin saytında dərc olunmuş siyahıdakı klinikalarda test vermək mümkündür: https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html "Buta Airways" ötən il dekabrın 6-dan Bakıdan İzmirə, martın 18-dən isə İstanbula reyslər həyata keçirir. Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış “Şəxsiyyət vəsiqəsi ilə səfər haqqında protokol”a əsasən aprelin 1-dən iki ölkənin vətəndaşları sadəcə olaraq yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə birbaşa uçuşlar yerinə yetirə bilərlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Bütün istiqamətlər üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. “Buta Airways” – Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir, 2016-cı il dekabr ayında təsis edilib. Onun ilk reysi 1 sentyabr 2017-ci il tarixdə həyata keçirilib. Donanması “Embraer” tipli müasir hava gəmilərindən ibarət aviaşirkət Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020