Əsas səhifəNəqliyyat"Hyundai" bu avtomobillərin istehsalını dayandırır
PAYLAŞ

"Hyundai" bu avtomobillərin istehsalını dayandırır

Nəqliyyat 30 Mart 2021 16:41 1127
Cənubi Koreyanın “Hyundai Motor” şirkəti Ulsan şəhərindəki “Ioniq 5” elektromobillərinin yığıldığı zavodun işini mikrosxem çatışmazlığı səbəbindən birhəftəlik dayandıracaq.

"AvtoYol" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, yarımkeçiricilərin və digər komponentlərin tədarükünün dayandırılması səbəbindən şirkət 7-14 aprel tarixlərində istehsalı dayandırmağı planlaşdırır. Fəaliyyətlərin müvəqqəti dayandırılması 6,5 min “Ioniq 5” elektromobilin və 6 min “Kona” avtomobilinin istehsal həcmlərində azalmasına səbəb olacaq. Digər qlobal avtomobil konsernləri də yarımkeçirici bazarında çatışmazlıq səbəbindən oxşar problemlərlə üzləşiblər. Belə ki, ABŞ-ın “General Motors” və Yaponiyanın “Toyota Motor” şirkətləri yarımkeçirici çiplərin tədarükündə dayanmalar nəticəsində bəzi zavodlarının işlərini dayandırıb və ya istehsalı azaltmaq məcburiyyətində qalıblar.
MƏNBƏ: Avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020