"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurasının tərkibi təsdiqlənib
Qanun30 Mart 2021 16:522145
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.
"AvtoYol" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiqlənib: Müşahidə Şurasının sədri Rəşad Nəbiyev – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Müşahidə Şurasının üzvləri Emin Hüseynov – Birinci vitse-prezidentin köməkçisi Azər Mursaqulov – Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.
Rəylər