“BakuBus”da Müşahidə Şurasına nazir müavini sədrlik edəcək
Qanun30 Mart 2021 16:572304
Azərbaycan Prezidenti İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
“AvtoYol” xəbər verir ki, Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
Şahin Babayev – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.
Rəylər