Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Abdullayeva Nigar Əyyar qızı və 2009-cu il təvəllüdlü Abdullazadə Ruslan Ramin oğlu xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Abdullayevaya döş qəfəsinin əziyi, R.Abdullazadəyə isə sağ baldırın əziyi diaqnozları qoyulub. ("Report")
Rəylər