"Mercedes" "Tesla"ya rəqib olan yeni elektromobil təqdim edəcək
Nəqliyyat31 Mart 2021 09:111402
Almaniyanın "Mercedes-Benz" avtomobil konserni aprel ayında "Tesla"nın "Model S" avtomobilinə rəqib olacaq yeni elektromobilini təqdim edəcək.
"AvtoYol" ted.az-a istinadən bildirir ki, bunu konsernin İdarə heyətinin üzve Markus Şefer deyib.
Qeyd olunur ki, keçirilən sınaqlar avtomobilin əlavə enerjiyə ehtiyac olmadan 700 kilometr məsafə qət edə biləcəyini göstərib. Bundan əvvəlki elektromobillər 450 kilometr məsafə qət edirdi. Şirkət nümayəndəsi bildirib ki, "Mercedes" gələn il 8 tam elektrikli avtomobil istehsal etməyi planlaşdırır. Yeni avtomobilin təqdimat mərasim aprelin 15-də keçiriləcək.
Rəylər