Əsas səhifəÖlkəYoluxma kəskin artıb: İctimai nəqliyyat qadağası işə yaramadı
PAYLAŞ

Yoluxma kəskin artıb: İctimai nəqliyyat qadağası işə yaramadı

Ölkə 31 Mart 2021 16:46 1547
Koronavirusun əlamətlərində və gedişatında dəyişikliklər baş verib. Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

“Sentyabr-dekabr aylarında yazdığımız müalicələrə bu gün başqa cür reaksiya verilir. Virusun hər hansı mutasiya uğraması prosesi baş verib və nəticədə o, xəstəliyin simasını və insanların müalicəyə reaksiyasını dəyişdi”, - deyə o bildirib.

A.Axundov onu da qeyd edib ki, ölkədə yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyat deyil: “Deyirdilər ki, yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyatdır. Bəs bayram günlərində avtobuslar işləmədiyi halda yoluxma sayının artması səbəbi nə idi?! Bu, onu göstərir ki, ictimai nəqliyyat yoluxma sayının artmasında yalnız səbəblərdən biri ola bilər, heç vaxt əsas səbəb ola bilməz”.
MƏNBƏ:

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020