Əsas səhifəMaraqlıİşlənmiş avtomobillər ucuzlaşacaq
PAYLAŞ

İşlənmiş avtomobillər ucuzlaşacaq

Maraqlı 31 Mart 2021 22:49 760
Qarşıdakı aylarda ikinci əl avtomobillərin qiymətində artım gözlənilmir.

Bunu “ARB 24“ün “Nə baş verir?” verilişində apreldə işlənmiş avtomobillərin bahalaşacağı ilə bağlı idiallara cavab verən nəqliyyat eksperti Yasin Mustafayev deyib.

O bildirib ki, koronavirusa yoluxma statistikası avtomobillərin qiymətinə təsir edən amillərdəndir: “Son zamanlar avtomobil alqı-satqı saytlarında və bazarda durğunluq müşahidə edilir. Bir avtomobilin günlərlə, həftələrlə satılmamasının şahidi oluruq. Hesab edirəm ki, yoluxma sayındakı artımla əlaqədar alıcılıq qabiliyyətinin zəifləməsi davam edəcək. Yoluxma azalanda isə yenidən aktivlik artacaq. Qarşıdakı aylarda ikinci əl avtomobillərin qiymətində artım gözlənilmir. Çünki qiymət artımını şərtləndirəcək amillər yoxdur. Yəni dövlət rüsumu artmayıb, hansısa qadağa tətbiq olunmayıb. Əksinə bazarda aktivliyin azalmasına görə qiymətin sabit qalması, hətta bir az daha ucuzlaşması müşahidə edilə bilər”.
MƏNBƏ:

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020