Əsas səhifəNəqliyyat“Taksi qiymətlərinin artırılması qanunazidd deyil”
PAYLAŞ

“Taksi qiymətlərinin artırılması qanunazidd deyil”

Nəqliyyat 01 Aprel 2021 11:52 1100
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bayram günlərində taksilərdə qiymət artımı ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə Xidmətin mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb azaltması qanunazidd əməl sayılmır: “Qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil. Bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir. Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyə edirik”.

Qeyd edək ki, bayram günlərində ictimai nəqliyyat işləmədiyindən gündəlik xidmət sahəsində çalışan vətəndaşlar taksilərdən istifadə etmək məcburiyyətində qalıb. Tələbat çoxaldığından bəzi taksi sürücüləri gediş qiymətlərini artırıblar.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020