Daşkəsən rayon sakini, 38 yaşlı Elnur İsmaylov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, E.İsmayılovu onun maşınını təmir edən usta bıçaqlayıb. Onların arasında mübahisəyə səbəb isə maşının gec təmir olunması olub. Hazırda hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Rəylər