Əsas səhifəMaraqlıAvto-qəzada “ölmüş” gənc orqanları bağışlandıqdan sonra “dirildi”
PAYLAŞ

Avto-qəzada “ölmüş” gənc orqanları bağışlandıqdan sonra “dirildi”

Maraqlı 02 Aprel 2021 10:26 1250
İngiltərədə avtomobilin vurduğu 18 yaşlı gənc həkimlər tərəfindən ölmüş elan edildikdən və orqanları bağışlandıqdan sonra “dirilib”.

Bu barədə “The Sun” məlumat yayıb.

Bildirilir ki, hadisə Staffordşir qraflığının Lik qəsəbəsində baş verib. Qəzadan sonra xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat olunsa da, dörd gün sonra həkimlər onda beyin ölümü elan ediblər. Övladı ilə vidalaşan ailə onun orqanlarını transplantasiyaya ehtiyacı olan daha yeddi nəfərin həyatını qurtarmaq üçün bağışlamağa razı olub. Bu qərar sayəsində Roberts daha bir müddət vaxt qazanıb: onun həyati dəstək sistemindən nisbətən gec ayrılmasına qərar verilib. Orqanların çıxarılması əməliyyatından bir neçə saat əvvəl isə gənc gözlənilmədən sərbəst şəkildə nəfəs almağa başlayıb. Həmin vaxtdan etibarən onun vəziyyəti düzəlməyə başlayıb. Roberts ağrı testlərinə reaksiya verməyə, əl-ayaqlarını, başını sərbəst şəkildə hərəkət etdirməyə, həmçinin göz qırpmağa və dodaqlarını tərpətməyə başlayıb.

Gəncin vəziyyətinin günü-gündən yaxşılaşdığı vurğulanır.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020