Avto-qəzada “ölmüş” gənc orqanları bağışlandıqdan sonra “dirildi”
Maraqlı02 Aprel 2021 10:261252
İngiltərədə avtomobilin vurduğu 18 yaşlı gənc həkimlər tərəfindən ölmüş elan edildikdən və orqanları bağışlandıqdan sonra “dirilib”.
Bu barədə “The Sun” məlumat yayıb.
Bildirilir ki, hadisə Staffordşir qraflığının Lik qəsəbəsində baş verib. Qəzadan sonra xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat olunsa da, dörd gün sonra həkimlər onda beyin ölümü elan ediblər. Övladı ilə vidalaşan ailə onun orqanlarını transplantasiyaya ehtiyacı olan daha yeddi nəfərin həyatını qurtarmaq üçün bağışlamağa razı olub. Bu qərar sayəsində Roberts daha bir müddət vaxt qazanıb: onun həyati dəstək sistemindən nisbətən gec ayrılmasına qərar verilib. Orqanların çıxarılması əməliyyatından bir neçə saat əvvəl isə gənc gözlənilmədən sərbəst şəkildə nəfəs almağa başlayıb. Həmin vaxtdan etibarən onun vəziyyəti düzəlməyə başlayıb. Roberts ağrı testlərinə reaksiya verməyə, əl-ayaqlarını, başını sərbəst şəkildə hərəkət etdirməyə, həmçinin göz qırpmağa və dodaqlarını tərpətməyə başlayıb.
Rəylər