Banqladeşdə göyərtəsində 50 sərnişinin olduğu kiçik gəmi digər gəmi ilə toqquşduqdan sonra batıb.
Bu barədə hakimiyyət nümayəndələrinə istinadən "Agence France-Presse" (AFP) bildirib. Məlumata görə, hadisə nəticəsində azı beş insan həlak olub. Agentliyin məlumatına görə, 11 insanı xilas etmək mümkün olub. "Biz itkin düşənlərin dəqiq sayını bilmirik", - agentlik yerli məmurdan sitat gətirib. Xilasedicilər sağ qalanları axtarırlar, amma polisdə qeyd ediblər ki, bu proses hava şəraitinə görə çətinləşib.
Rəylər