Xiaomi elektromobillərin istehsalına 10 milyard dollar sərmayə yatıracaq
Maraqlı05 Aprel 2021 08:511376
Çinin elektronika istehsalçısı "Xiaomi Corp" elektrik nəqliyyat vasitələri bazarına çıxmaq niyyətindədir və bu sahədə fəaliyyətlərini inkişaf etdirmək üçün yaxın 10 ildə 10 milyard dollar xərcləməyi planlaşdırır.
Şirkət xüsusi olaraq elektromobillərin istehsalı ilə məşğul olan müstəqil bölmə yaradacağını açıqlayıb. Bildirilir ki, yeni kompaniyanın istifadəyə verilməsi üçün 10 milyard yuan (1,5 milyard dollar) xərclənəcək və gələcəkdə bu işə qoyulan investisiyalar artacaq. Qeyd edək ki, Çin dünyanın elektrik nəqliyyat vasitələri üzrə ən böyük bazarlarından biridir və bu sahədə ölkədə güclü rəqabət mövcüddur. (ted.az)
Rəylər